×
A
A
A
Sazlamalar

Bu il qeyri-OPEC ölkələrinin neft təklifi sutkada 62 milyon barreli keçəcək

Bakı, 19 yanvar, AZƏRTAC
Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü keçən illə müqayisədə 1 milyon 600 min barrel çoxalaraq sutkalıq 62 milyon 100 min barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, bu il qlobal neft təklifi isə 1 milyon 400 min barrel artımla gündəlik 100 milyon 700 min barrel təşkil edəcək.

 

Neft - qaz 2019-01-19 11:20:00