×
A
A
A
Sazlamalar

Ötən ay OPEC üzrə neft hasilatını ən çox azaldan ölkə Səudiyyə Ərəbistanı olub

Bakı, 19 yanvar, AZƏRTAC
Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 590 min barrel azalaraq sutkada 32 milyon 390 min barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 6 milyon 970 min barrel təşkil edib. Bununla da, ötən ilin dekabrında OPEC üzrə ümumi istehsal sutkada 39 milyon 360 min barrel olub.
Hesabat ayında OPEC üzrə hasilat artımı ən çox Anqola, Nigeriya və Qabonda baş verib. Anqolanın neft istehsalı 400 min barrel artaraq sutkada 1 milyon 480 min barrelə çatıb. Nigeriyada hasilat 400 min barrel çoxalaraq gündəlik 1 milyon 660 min barrel, Qabonda isə 200 min barrel artımla sutkada 1 milyon 60 min barrel təşkil edib.
OPEC-ə üzv ölkələr arasında keçən ay neft hasilatı ən çox azalan ölkə isə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin neft istehsalı 420 min barrel azalaraq sutkada 10 milyon 640 min barrelə düşüb. İran və Liviyada da neft istehsalı azalıb. Dekabrda İranın hasilatı 170 min barrel geriləyərək gündəlik 2 milyon 800 min barrel, Liviyada isə istehsal 120 min barrel düşərək sutkada 990 min barrel olub.

Neft - qaz 2019-01-19 11:17:00