×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: Dekabrda qlobal neft tədarükü azalıb


Bakı, 19 yanvar, AZƏRTAC
Qlobal neft tədarükü ötən ilin dekabr ayında noyabrla müqayisədə orta hesabla 950 min barrel azalaraq gündəlik 100 milyon 600 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə isə hasilat 360 min barrel geriləyərək sutkada 61 milyon 200 min barrel olub.

Neft - qaz 2019-01-19 11:10:00