×
A
A
A
Sazlamalar

İki əsrin hekayələri

Bakı, 19 yanvar, AZƏRTAC

Yazıçı-publisist Bahar Bərdəlinin “İki əsrin hekayələri” adlı kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda yazıçının XX əsrin sonu, XXI əsrin əvvəllərində yazdığı hekayələri toplanıb.
Müxtəlif anların məhsulu olan hekayələrdə Vətən, hələ də günümüzün ağrı-acısına çevrilmiş Qarabağ problemi, həmçinin bu günümüzlə səsləşən hadisələr, yumoristik səhnələr öz əksini tapıb.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

Mədəniyyət 2019-01-19 11:04:00