×
A
A
A
Sazlamalar

Şəhidlər ölməz, Vətən bölünməz

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hüseyn Sarabski adına Mədəniyyət evində Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbər işçiləri və şəhid ailələri iştirak ediblər.
Tədbirdə Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 20 Yanvarın Azərbaycan tarixinin qan yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu söyləyib. O, şəhidlərimizin qanının hədər yerə axmadığını, həmin qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlarını qeyd edib.
Sonra Mədəniyyət evinin xalq teatr kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.

20 yanvar 2019-01-19 10:53:00