×
A
A
A
Sazlamalar

Yanvarın 20-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 21-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda ölkə ərazisində 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin paytaxtda əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi də fəaliyyətdədir.

Sosial 2019-01-19 10:37:00