×
A
A
A
Sazlamalar

Prezident Nursultan Nazarbayev ilk Smart Şəhər ilə tanış olub

Astana, 19 yanvar, AZƏRTAC

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Akmola vilayətində Aqkol Smart Şəhər ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Smart Şəhərdə rəqəmsal texnologiya sahəsində müasir inkişaf işləri həyata keçirilib. Bu pilot layihə yol hərəkəti və ictimai təhlükəsizliyin, sosial obyektlərdə, təhsil və səhiyyə ocaqlarında idarəetmənin, eləcə də yaşayış binalarının yeni nəslin "ağıllı" avadanlıqlarla təmin edilməsinə yönəlib.
Qazaxıstan Prezidenti tanışlıq zamanı rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələrin əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çəkib.
Aqkol Qazaxıstanda bütün kommunal xidmətləri rəqəmsallaşdırılılan ilk şəhərdir. "Smart Aqkol" layihəsi "Rəqəmsal Qazaxıstan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Paytaxtdan 100 kilometr məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol Qazaxıstanda ilk tam rəqəmsal yaşayış məkanı olacaq.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2019-01-19 07:01:00