×
A
A
A
Sazlamalar

Aşqabadda beynəlxalq səhiyyə konfransı keçiriləcək

Aşqabad, 19 yanvar, AZƏRTAC

Türkmənistanın paytaxtı Aşqabadda aprelin 9-10-da Beynəlxalq səhiyyə konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Yoluxmayan xəstəliklərin qarşısının alınması və profikatikası" mövzusunda 2-ci beynəlxalq konfransa 53 ölkədən mütəxəssislərin dəvət edilməsi planlaşdırılır.
Konfransda yoluxmayan xəstəliklərin azaldılması, qarşısının alınması, müxtəlif ölkələrin bu sahədə qabaqcıl təcrübələri və onların tətbiqi imkanları müzakirə ediləcək.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin müvafiq qurumlarının, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Dünya 2019-01-19 05:08:00