×
A
A
A
Sazlamalar

“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub, Teymur Rəcəbov Dinq Lirenlə heç-heçə edib

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Hollandiyada keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsenlə qarşılaşmadan məğlub ayrılıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Çin şahmatçısı Dinq Lirenlə oyunu isə heç-heçə başa çatıb.

İdman 2019-01-18 23:30:00