×
A
A
A
Sazlamalar

“Arpaçay Open” beynəlxalq karate turnirində ilk günün yarışları keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq karate turnirində ilk günün yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilən açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edirlər. Ölkəmizdə üçüncü dəfədir təşkil olunan turnirdə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna, Çexiyadan 1100-dək idmançı qüvvəsini sınayır.
Turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata yarışları, yanvarın 19-da 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, ertəsi gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin iştirakı ilə müxtəlif çəki dərəcələrində kumite görüşləri təşkil olunacaq.
Beynəlxalq turnirə yanvarın 20-də yekun vurulacaq.

İdman 2019-01-18 20:02:00