×
A
A
A
Sazlamalar

“Silk Way Helicopter Services” xəstənin təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib

Bakı, 18 yanvar, AZƏRTAC

“Silk Way Helicopter Services” xəstənin təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Silk Way Helicopter Services” gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib. Uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib. Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

Nəqliyyat 2019-01-18 19:17:00