×
A
A
A
Sazlamalar

“Mançester Yunayted”in yarımmüdafiəçisi 1 ay yaşıl meydanlardan kənarda qalacaq

Bakı, 18 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Maruan Fellaini zədələnib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı belçikalı futbolçu məşq zamanı ayağından zədələndiyinə görə, 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Fellaini cari mövsümdə klubda keçirdiyi 21 oyunda 2 qol vurub və iki məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Belçika millisinin heyətində isə 87 görüş keçirib və 18 qolun müəllifi olub.

İdman 2019-01-18 19:09:00