×
A
A
A
Sazlamalar

Dilçilik İnstitutunda elmi şuranın iş planı təsdiqlənib

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İmadəddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90, dilçi alim Yusif Seyidovun 90, professor Oruc Musayevin 90, professor Qara Məşədiyevin 80, türkoloq-alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileylərinin qeyd olunması ilə bağlı məsələlər elmi şuranın iclasında təsdiq edilib.
Həmçinin 2019-cu il üçün elmi şuranın iş planı, şöbələr üzrə elmi-tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiqlənib. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.
İclasda 2018-ci il dissertanturaya (fəlsəfə və elmlər doktorluğu üzrə) və doktoranturaya (elmlər doktorluğu üzrə) qəbulun yekunları barədə məlumat verilib. Bildirilib ki, elmlər doktorluğu üzrə 6 yerə 12 nəfər, fəlsəfə doktorluğu üzrə 10 yerə 17 nəfər ərizə verib. Elmlər doktorluğu üzrə doktoranturaya 6 nəfərin, fəlsəfə doktorluğu üzrə dissertanturaya 12 nəfərin namizədliyi elmi şura tərəfindən təsdiq olunub. Doktorantların və dissertantların mövzuları da müzakirə olunaraq təsdiqlənib.
Sonda cari məsələlərə baxılıb.

Elm və təhsil 2019-01-18 19:00:00