×
A
A
A
Sazlamalar

Hava limanı istiqamətində sürət həddi bərpa edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.
Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar saatda 20 kilometr aşağı salınmışdı.

Nəqliyyat 2019-01-18 17:33:00