×
A
A
A
Sazlamalar

“Şəhidlər ölmürlər” adlı yeni videoçarxın təqdimatı olub

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 29 illiyi ilə əlaqədar yanvarın 18-də layihə rəhbəri və ideya müəllifi təşkilatçı jurnalist Lalə Qəzənfər olan, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş “Şəhidlər ölmürlər!” adlı videoçarx və həmin gecədə yaşanan real hadisələrdən səhnələşdirilmiş kompozisiyalar təqdim olunub.
Videoçarxda Nuray Rəhmanın ifasında sözləri və musiqisi Əkbər Rəhmana aid "Şəhid qızım" mahnısından istifadə olunub. Şəhid oğlu, sonradan özü də şəhidlik zirvəsinə ucalan ata obrazını reper Qurd canlandırıb.
Tədbirdə videoçarxda iştirak edən "şəhid balaları"nın ifasında Qanlı Yanvar gecəsindən səhnəcik göstərilib, şeirlər səsləndirilib.
Lalə Qəzənfər bildirib ki, bu layihəni reallaşdırmaqda məqsədi 20 Yanvarın qanlı-qadalı günlərinin yeniyetmələr və azyaşlı məktəblilər arasında təbliğ olunması, onların yaddaşlarına həkk edilməsidir.

Mədəniyyət 2019-01-18 17:29:00