×
A
A
A
Sazlamalar

“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 17-də Prezident İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi ölkəmizin digər bölgələrində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi tapşırılıb. Bununla da, “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir. Hazırda müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədilə agentlikdə İşçi Qrup formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev yanvarın 18-də keçirilən brifinqdə deyib.
O, aidiyyətı qurumlarla birgə tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirib. E.Niftəliyev Fərmanın icrasına ən qısa müddətdə başlanılacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Sosial 2019-01-18 17:17:00

Video