×
A
A
A
Sazlamalar

Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər

Ağsu, 18 yanvar, AZƏRTAC

Yanvarın 16-17-də yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 142-150-ci kilometrində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dolaylarda qarın qalınlığı 15 santimetrədək çatır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli “Magistral yolların istismarı” MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri günorta saatlarınadək dolayların qardan təmizlənməsini başa çatdırıblar. Buna baxmayaraq, dolaylar hərəkət üçün təhlükəli olaraq qalır. Xüsusilə gecə yolların buz bağlayacağı təhlükəsi var. Buna görə də sürücülərə zəruri hallar olmadan, xüsusilə gecə Ağsu dolayları ilə hərəkət etməmək məsləhət görülür.

 

Regionlar 2019-01-18 16:44:00