×
A
A
A
Sazlamalar

“Türkiyə təqaüdləri” proqramı elan olunub

Bakı, 18 yanvar, AZƏRTAC
2019-2020-ci tədris ili üzrə “Türkiyə təqaüdləri” proqramı elan olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir.
Proqramda iştirak üçün sənədlərin qəbulu https://www.turkiyeburslari.gov.tr/ səhifəsi vasitəsilə fevralın 20-dək aparılacaq. Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri əhatə edir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış olmaq mümkündür.

Elm və təhsil 2019-01-18 15:40:00