×
A
A
A
Sazlamalar

Ötən il ölkəyə 240 min tonadək şəkər idxal edilib

Bakı, 18 yanvar, AZƏRTAC
2018-ci ildə ölkəyə 238 min 773 ton şəkər idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İl ərzində idxal edilən şəkərin dəyəri 86 milyon 528 min ABŞ dolları olub.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 169 milyon 756 min dollar olmaqla 368 min 724 ton şəkər idxal edilib.

İqtisadiyyat 2019-01-18 14:55:00