×
A
A
A
Sazlamalar

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC 

Bu gün günorta saatlarından etibarən ölkə ərazisində yağıntılar kəsiləcək, temperatur nisbətən yüksələcək. Artıq küləyin səngiməsi müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 18-20 metrdən artıq deyil. Xəzər dənizində dalğanın hündürlüyü 3,6-5 metrə bərabərdir. Ümumiyyətlə, respublika ərazisində müşahidə olunan güclü külək axşam saatlarında tamamilə səngiyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva brifinqdə məlumat verib.
Departamentin direktoru Azərbaycanda növbəti üç gün ərzində mülayim və sabit hava şəraitinin müşahidə ediləcəyini bildirib: “Yanvarın 19-21-də respublikanın əksər rayonlarında hava şəraiti yağmursuz olacaq. Paytaxtda, eləcə də bölgələrdə havanın hərarəti yüksələcək. Temperatur yanvar ayının iqlim normasına yaxınlaşacaq”.

Ekologiya 2019-01-18 14:28:00

Video