×
A
A
A
Sazlamalar

Məktəblilərə fizika sahəsində əldə olunan yeniliklər barədə məlumat verilib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda fizika aylığı çərçivəsində Xətai rayonu Əhmədli qəsəbəsi 245 saylı tam orta məktəbin X və XI sinif şagirdləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsini yüksəltmək məqsədilə təşkil olunub.
Alimlər fizika üzrə elmlər doktoru Sədiyar Rəhimovun rəhbərliyi altında elmi müəssisənin fəaliyyəti, müasir avadanlıq, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə məlumat veriblər.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2019-01-18 13:20:00