×
A
A
A
Sazlamalar

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir

Bakı, 18 yanvar, AZƏRTAC
Respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Ekologiya 2019-01-18 12:50:00