×
A
A
A
Sazlamalar

Anım tədbiri: Vətənpərvərlik millətin mənəvi ləyaqətinin əsasıdır

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “Vətənpərvərlik millətin mənəvi ləyaqətinin əsasıdır” mövzusunda anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası açan QŞ-nin sədri, professor Rəna Mirzəzadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu deyib.
Tədbirdə fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva “Vətənpərvərlik və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 20 Yanvar xalqımızın tarixinə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunub.
Sonra Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə elmlər doktoru İslam Sadıq “20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir”, Polimer Materialları İnstitutunun elmi işçisi Nüşabə Arzumanova “Şəhidlər zirvəsinə ucalmış alimlər” və Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “20 Yanvar hadisələri: fəryaddan ədəbiyyata” mövzusunda məruzə ilə çıxış ediblər.

Elm və təhsil 2019-01-18 12:48:00