×
A
A
A
Sazlamalar

Aysel Alızadə ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Bizim müəllim” layihəsinin ilk təqdimatı Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadəyə həsr olunur. “Şagirdlərimi çox sevirəm, onlarla işləmək mənə zövq verir”, - deyən A.Alızadə ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayıb.

Elm və təhsil 2019-01-18 11:47:00