×
A
A
A
Sazlamalar

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Bern, 18 yanvar, AZƏRTAC
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb.
Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.
Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

20 yanvar 2019-01-18 09:00:00