×
A
A
A
Sazlamalar

Günəşlidə dalğanın hündürlüyü 10 metrə çatıb

Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-si saat 23:00-a olan məlumata görə, küləyin sürəti Pirallahıda saniyədə 43, Maştağada 39, Bakıda 36, Sumqayıtda 35, Günəşli yatağında 32, Şahdənizdə 31, Qum adasında 30 metrə bərabər olub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib. Məlumata görə, dalğanın hündürlüyü Günəşli yatağında 10, Şahdənizdə 6,6 metrə çatıb.

Ekologiya 2019-01-17 23:15:00