×
A
A
A
Sazlamalar

Trans-Avropa nəqliyyat şəbəkəsinin inkişafı üzrə fəaliyyət planı hazırlanıb

Roma, 17 yanvar, AZƏRTAC

Avropa Komissiyası və Dünya Bankı “Şərq Tərəfdaşlığı” ölkələrində infrastrukturun inkişafı üzrə plan hazırlayıb.
AZƏRTAC xəbər verir ki, plana əsasən 4800 kilometr uzunluğunda avtomobil və dəmir yollarının, limanların, logistika mərkəzlərinin inşası nəzərdə tutulub. 2030-cu ilə kimi “Şərq Tərəfdaşlığı” ölkələrində - Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistanda təxminən 13 milyard avro dəyərində 100 layihə həyata keçiriləcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Nəqliyyat 2019-01-17 20:30:00