×
A
A
A
Sazlamalar

Keçən il kərə yağı və süddən hazırlanmış digər yağların idxalı azalıb

Bakı, 17 yanvar, AZƏRTAC
2018-ci ildə ölkəyə 12 min 115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İl ərzində idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 69 milyon 690 min ABŞ dolları olub.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 66 milyon 900 min dollar olmaqla 13 min 811 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

İqtisadiyyat 2019-01-17 19:52:00