×
A
A
A
Sazlamalar

“Mütaliə problemlərinin mətbuatda və sosial şəbəkələrdə müzakirəsi” layihəsi davam edir

Bakı, 17 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Mütaliə problemlərinin mətbuatda və sosial şəbəkələrdə müzakirəsi” layihəsi həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ötən ilin avqustundan reallaşdırılan layihənin əsas məqsədi cəmiyyətdə mütaliə problemlərini öyrənmək, insanlarda mütaliəyə maraq yaratmaqdır. Kitab və mütaliə problemləri ilə bağlı elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, müəllimlərin fikirləri öyrənilir, onlardan maraqlı müsahibələr alınır.
Növbəti belə müsahibə Şimali Arxangelsk Sahibkarlıq İnstitutunun prorektoru, tarix elmləri doktoru, professor Aydın Hacıyevdən alınıb.

Mədəniyyət 2019-01-17 18:51:00