×
A
A
A
Sazlamalar

“Vikipediya”da bəstəkar Elza İbrahimova haqqında altı dildə məqalə yaradılıb

Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimova haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat 6 dilə tərcümə olunub.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdindəki “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Ukrayna, ingilis, ispan, türk, italyan, yunan dillərində olan “Vikipediya”larda bəstəkar haqqında məqalələr yaradılıb.
Məqalələrdə görkəmli sənətkarın həyatı, yaradıcılığı, əsərləri barədə ətraflı məlumat verilir. Yaxın günlərdə E.İbrahimova haqqında “Vikipediya”da rus və alman dillərində də məqalələr yaradılacaq.
Qeyd edək ki, yanvarın 10-u bəstəkarın doğum günü idi.

Elm və təhsil 2019-01-17 18:17:00