×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Dram Teatrı “Gəl qohum olaq” komediyasını yeni versiyada təqdim edəcək

Sumqayıt, 17 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı özünün 50-ci mövsümündə repertuarına bir neçə fərqli janrlı tamaşa daxil edib. Belə ki, hazırda Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin məşqləri ilə bərabər, tanınmış dramaturq İsi Məlikzadənin "Gəl qohum olaq" komediyasının yeni versiyası üzərində məşqlərə də start verilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur. Komediyada maraqlı hadisələr bir-birini əvəz edir. Quruluşçu rejissor aktyorların improvizə etmələrinə də şərait yaradan məqamlar üzərində işləyir. Şən musiqilər və mükəmməl dekorasiya tamaşaya xüsusi effekt verəcək.
Rollarda teatrın gənc və orta nəsil aktyorları Aynur Hümmətova, Firuzə Şərifova, Şəmistan Süleymanlı, Elay Xasiyev, İlqar İbrahimov, Əməkdar artist Fəranə Musayeva, həmçinin Xalq artisti Valeh Kərimov çıxış edəcəklər. Rejissor assistenti Fazilə Rzayevadır.
Yeni tamaşa bu ilin fevralında təhvil veriləcək.

Regionlar 2019-01-17 17:02:00