×
A
A
A
Sazlamalar

Stasionar nəqletmə vasitələri ilə ötən il 35,3 milyon ton məhsul göndərilib

Bakı, 17 yanvar, AZƏRTAC

2018-ci ildə stasionar nəqletmə vasitələri ilə Azərbaycandan 35 milyon 363 min 767 ton məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən il bu nəqletmə vasitələri ilə idxal olunan məhsulun həcmi isə 1 milyon 500 min 461 ton təşkil edib.

İqtisadiyyat 2019-01-17 16:27:00