×
A
A
A
Sazlamalar

Keçən il Azərbaycandan Avropa İttifaqı ölkələrinə 10,5 milyard dollarlıq məhsul ixrac edilib

Bakı, 17 yanvar, AZƏRTAC

2018-ci ildə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 10 milyard 579 milyon 24 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2017-ci ilə nisbətən 3 milyard 126 milyon 716 min dollar çoxdur.
Ötən il Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 2 milyard 328 milyon 676 min dollar olub.

İqtisadiyyat 2019-01-17 15:52:00