×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasına həsr olunan iclas keçirilib.
Mərkəzin informasiya xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzdə Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılması zərurəti yarandığını bildirib. O, gənc kadr potensialının böyük olduğu və onların yetişməsi üçün bütün imkanların yaradıldığını qeyd edib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Mərkəzin gənc əməkdaşlarının konfrans və müsabiqələrdə yaxından iştirak etdiklərini və yenidən formalaşan təşkilat üzvlərinin daha aktiv olacaqlarına inandığını qeyd edib.
Sonra doqquz nəfərdən ibarət İdarə heyətinin üzvləri seçilib və səsverməsi nəticəsində Nərminə İsmayılova RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ruslan Ağakərimov müavin, Lalə Piriyeva isə katib seçiliblər.

Ekologiya 2019-01-17 15:38:00