×
A
A
A
Sazlamalar

® Azərbaycanda yeni “Mercedes-Benz GLE” üçün əvvəlcədən sifarişlərin qəbulu davam edir

“Mercedes-Benz”in Azərbaycandakı dilerləri yeni yolsuzluq avtomobili “Mercedes-Benz GLE” üçün əvvəlcədən sifarişlərin qəbulunu davam etdirir. Avtomobilin satışına 2019-cu ilin ikinci rübünün əvvəlində başlanılacaq.
Xatırladaq ki, yeni “Mercedes-Benz GLE” ilk dəfə olaraq 2018-ci ilin oktyabrında Paris avtosalonunda təqdim edilib.
Yeni “Mercedes-Benz GLE”nin xarici dizaynı avtomobilin idman görünüşünü yaratmaqla yanaşı, eyni zamanda, SUV sinifli avtomobil seqmentində aerodinamikada yeni bir rekorda imza atmış olur.
Modelin təkər bazası 80 millimetr artıb. Tam elektrik tənzimlənməsi ilə təmin olunmuş ikinci sıra oturacaqlar əlavə rahatlığı təmin edəcək.
Bazara çıxmazdan öncə GLE tamamilə yeni mühərrik diapozonu, eləcə də yeni 4Matic sistemi ilə təmin olunacaq.
Avtomobildə ən yeni nəsil MBUX – “Mercedes-Benz User Experience” multimedia sistemi istifadə olunur.
Burada geniş formatlı görünüşün təmin edilməsi üçün yanaşı yerləşən, hər biri 12,3 düym (31,2 santimetr) diaqonala malik olan iki böyük ekrandan istifadə olunur.
Sifarişlər aşağıdakı ünvanlarda qəbul edilir:
Autostar Kaukasus
Telefon: +994 12 496 50 50 / +99412 976
Abşeron Avtomobil Mərkəzi
Telefon: + 994 12 347 78 00

İqtisadiyyat 2019-01-17 15:30:00