×
A
A
A
Sazlamalar

2018-ci ildə dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 738 milyon dollara yaxın olub

Bakı, 17 yanvar, AZƏRTAC

Keçən il dəniz nəqliyyatı ilə ümumilikdə 929 min 766 ton yük daşınıb ki, bu yüklərin dəyəri 737 milyon 946 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 235 min 201 ton yükün dəyəri 114 milyon 89 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 694 min 565 ton, dəyəri isə 623 milyon 856 min dollar olub.

Nəqliyyat 2019-01-17 15:22:00