×
A
A
A
Sazlamalar

Azərbaycan Latviyanın öz məhsullarını ixrac etdiyi bazarlardan biridir

Riqa, 17 yanvar, AZƏRTAC 

İlkin məlumata görə, Latviyada “Rīgas piena kombantas”, “Valmieras piens” və “Rīgas piensaimnieks” şirkətlərini birləşdirən “Food Union” qrupunun 2018-ci ildə dövriyyəsi 2017-ci il səviyyəsində qalaraq 115,9 milyon avro təşkil edib, gəliri isə 34 milyon avronu ötüb.
AZƏRTAC xəbər verir ki, «Food Union»un Avropada maliyyə direktoru və “Rīgas piena kombantas” şirkətinin idarə heyətinin sədri Normunds Stalyeviçs deyib ki, «Food Union»un qaymaq satdığı böyüklüyünə görə ikinci bazar Azərbaycandır. Son iki ildə Ukrayna bazarında da satış həcmi çox sürətlə artıb. Qrup Böyük Britaniyada və digər bazarlarda da yaxşı göstəricilər əldə edib. Bundan əlavə, Yaxın Şərq ölkələrinə və başqa bazarlara məhsul ixrac etmək istiqamətində işlər görülür.
Şirkətin nümayəndəsi «Food Union»un gələcək planlarından danışarkən bildirib ki, ümumi dövriyyənin hazırda 15 faizini təşkil edən ixrac payını artırmaq nəzərdə tutulur.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

İqtisadiyyat 2019-01-17 14:55:00