×
A
A
A
Sazlamalar

Təbii qazın Azərbaycanın ümumi ixracındakı payı azalıb

Bakı, 17 yanvar, AZƏRTAC
Ötən il xam neft və bitumlu minerallardan alınan neft məhsullarının ixracı ölkənin ümumi ixracının 80,78 faizini, təbii qaz 7,71 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,68 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2017-ci ildə xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 77,52 faiz, təbii qazın 8,64 faiz, neft məhsullarının 2,46 faiz olub.

 

Neft - qaz 2019-01-17 14:45:00