×
A
A
A
Sazlamalar

Ötən il 78 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Bakı, 17 yanvar, AZƏRTAC
2018-ci ildə Azərbaycandan 262 min 632 ton kimya sənayesi məhsulları ixrac edilib. İxrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 78 milyon 106 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2017-ci ildə ölkədən ixrac edilən 325 min 259 ton kimya məhsulunun dəyəri 79 milyon 562 min dollar təşkil edib.

Neft - qaz 2019-01-17 14:24:00