×
A
A
A
Sazlamalar

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt (050 266-01-12, 051 768-47-41), Abşeron (050 397-12-00, 055 511-25-04), Qobustan (050 884-11-88, 050 484-33-34), Şamaxı (050 391-57-88, 055 697-22-22), Xızı (055 226-04-76) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Sosial 2019-01-17 13:50:00