×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı sərgi açılıb

Bakı, 17 yanvar, AZƏRTAC
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən 29 il keçir. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) sərgi təşkil edib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgi salonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kitabxananın fondunda olan “Dünyamızın 20 Yanvar faciəsi”, “Odlar Yurdu Azərbaycan”, “20 Yanvar şəhidləri”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər”, “Yanvar hekayələri”, “Qanlı Yanvardan 15 il keçdi…”, “Davam edir 37”, “Qarabağ ruzigarları”, “Erməni cinayətləri”, “Azərbaycan terrorizmin caynağında”, “Türk dünyası və “Böyük Ermənistan” xülyası”, “Sovet dövründə Azərbaycanın xarici siyasəti” və digər kitablar yer alıb.
Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.
Sərgi yanvarın 25-dək davam edəcək.

Elm və təhsil 2019-01-17 13:36:00