×
A
A
A
Sazlamalar

Ötən il Tərtərdə 563 daimi iş yeri açılıb

Tərtər, 17 yanvar, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, bölgələrə göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin məşğulluğunun artmasına şərait yaradır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə Tərtərdə 563-ü daimi olmaqla, 4380 yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 47-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 178-i mövcud müəssisə və təşkilatlarda, 338-i isə fiziki şəxslər tərəfindən açılıb. Bundan başqa ötən il 3817 nəfər mövsümi işlərə cəlb edilib. Ümumilikdə isə "Azərbaycan Respublikası regionlarının 2014-2018-сi illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda 15 min 296 iş yeri açılıb ki, onun da 4715-i daimi iş yeridir.

Regionlar 2019-01-17 13:44:00