×
A
A
A
Sazlamalar

2018-ci ildə ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC

Keçən il Azərbaycana idxal olunan avtomobillərin sayı 28 min 876 olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 297-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 26 min 147-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 min 300-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 132-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

İqtisadiyyat 2019-01-17 13:41:00

Video