×
A
A
A
Sazlamalar

Sosial Sığınacaqlarda baxımsız və kimsəsizlər üçün hər cür şərait var

Bakı, 17 yanvar, AZƏRTAC

Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdirilirlər.
AZƏRTAC xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən həmin sığınacaqlara üz tutanlar gündə üç dəfə yeməklə, isti su və yataqla təmin edilirlər. Bundan başqa ehtiyac olduğu təqdirdə onlara tibbi xidmət göstərilir. Sığınacaqlarda kitabxana, televizor və stolüstü oyunlar otağı da var. Ötən gecə ərzində sığınacağa yalnız Nizami rayonunda polis əməkdaşlarının tərəfindən gətirilən 1957-ci il təvəllüdlü və özünü Abdullayev Rasim kimi təqdim edən bir nəfər gətirilib.

Sosial 2019-01-17 13:19:00