×
A
A
A
Sazlamalar

Ötən il dəmir yolu nəqliyyatı ilə 3 milyard dollarlıq yük daşınıb

Bakı, 17 yanvar, AZƏRTAC

2018-ci ildə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 6 milyon 694 min 320 ton yük daşınıb ki, bu yüklərin dəyəri 3 milyard 34 milyon 690 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 313 min 761 ton yükün dəyəri 823 milyon 170 min dollar olub.
İl ərzində bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 4 milyon 380 min 559 ton, dəyəri isə 2 milyard 211 milyon 519 min dollar təşkil edib.

Nəqliyyat 2019-01-17 13:07:00