×
A
A
A
Sazlamalar

Bitki, heyvan mənşəli piylər və yağların ixracı artıb

Bakı, 17 yanvar, AZƏRTAC
Keçən il Azərbaycandan 17 min 325 ton bitki, eləcə də heyvan mənşəli piylər və yağlar ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
2018-ci ildə ixrac edilən bitki, heyvan mənşəli piylər və yağların dəyəri 16 milyon 861 min ABŞ dolları olub.
Qeyd edək ki, 2017-ci ildə dəyəri 17 milyon 46 min dollar olmaqla ölkədən 15 min 753 ton bitki, heyvan mənşəli piylər və yağlar ixrac edilib.

İqtisadiyyat 2019-01-17 13:03:00