×
A
A
A
Sazlamalar

Akkreditasiya Mərkəzinin rəhbərliyi elmi müəssisənin laboratoriyaları ilə maraqlanıb

Bakı, 17 yanvar, AZƏRTAC 

Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru, hüquq elmləri doktoru, professor Namiq Əliyev, direktor müavini Ruslan Ömərov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevlə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi elmi müəssisənin müvafiq laboratoriyalarının akkreditasiyadan keçirilməsi olub. Mütəxəssislər laboratoriyaların müasir cihazlarla təchizatı və aparılan analitik işlərlə tanış olub, həmçinin torpaq, gübrə analizlərinin metodikalarında qəbul edilmiş standartların tətbiqi ilə maraqlanıblar.

Elm və təhsil 2019-01-17 13:01:00