×
A
A
A
Sazlamalar

Dövlət Gömrük Komitəsi keçən il dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Bakı, 17 yanvar, AZƏRTAC

2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 434 milyon 62 min manat təşkil edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 883 milyon 150 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 340 milyon 784 min manat, aksizlər üzrə 169 milyon 964 min manat, yol vergisi üzrə isə 40 milyon 161 min manat olub.

İqtisadiyyat 2019-01-17 12:34:00