×
A
A
A
Sazlamalar

Müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsahibələrə qeydiyyat dayandırılıb

Bakı, 17 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı isə ləğv edilib.
Müsabiqə üzrə müsahibə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 2019-cu il 4 yanvar tarixində təqdim edilmiş müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Ümumi müsahibə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 2019-cu il 4 yanvar tarixində təqdim edilmiş ümumi müsahibə elanı çərçivəsində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Elm və təhsil 2019-01-17 12:07:00