×
A
A
A
Sazlamalar

Azərbaycan təbii qaz ixracını artırıb

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən il Azərbaycandan 7 milyard 900 milyon 12 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, il ərzində ixrac olunan təbii qazın dəyəri 1 milyard 499 milyon 385 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ildə ölkədən 7 milyard 543 milyon 483 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 193 milyon 712 min dollar olmuşdu.

Neft - qaz 2019-01-17 11:59:00